23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
İlham Əliyev Vladimir Putini təbrik edib
Tarix: 07-10-2018 12:27 | Bölmə: Gündəm
İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Reyting.az
xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.




Bölməyə aid digər xəbərlər