16:19 / 18-10-2018
Köçəryan partiya yaradır
12:41 / 17-10-2018
Sabahın hava proqnozu
İlham Əliyev: "Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır"
Tarix: 09-10-2018 21:12 | Bölmə: Gündəm
İlham Əliyev: "Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır"

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, sosial sahədə ciddi islahatlar aparılır

Reyting.az bildirir ki, prezidentin sözlərinə görə, nazirliyin yeni rəhbərliyinə bununla bağlı çox ciddi tapşırıqlar verilib.

“Sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-10-2018, 12:32 Prezident Lənkərana gedib