Azərbaycanlı nazirlərin maraqlı fotoları... - Fotolar
Tarix: 26-04-2016 12:19 | Bölmə: Gündəm

 

Bu gün BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna start verilib.

Foruma Azərbaycandan nazirlər, millət vəkilləri qatılıblar.

"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir.

Forumda ümumilikdə üç gün müddətində yüksək 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılır. Forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçirilir.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Reyting.az Qafqazinfo-ya istinadən forumdan maraqlı fotoları təqdim edir: 

 














Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}