Prezident Lənkərana gedib
Tarix: 15-10-2018 12:32 | Bölmə: Gündəm
Prezident Lənkərana gedib

Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 15-də Lənkəran rayonuna səfərə gediblər.

Reyting.az xəbər verir ki, səfər çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Rayonun Haftoni qəsəbəsində inşası yenicə başa çatan İstisu və Sağlamlıq Mərkəzi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Prezident Lənkərana gedib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.

Layihənin rəhbəri Nəriman Topçubaşovun verdiyi məlumata görə, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər