Prezident səfir təyin etdi, daimi nümayəndəni geri çağırdı - Sərəncam
Tarix: 16-10-2018 18:34 | Bölmə: Gündəm
Prezident səfir təyin etdi, daimi nümayəndəni geri çağırdı

Prezident İlham Əliyev Oktay Qurbanovun Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Tarik Əliyev Azərbaycanın Mərakeş Krallığında, Qambiyada, Malidə, Mavritaniyada, Portuqaliyada, Seneqalda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycanın fəxri konsulu təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}