14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakı Bəyannaməsi qəbul olundu
Tarix: 26-04-2016 17:28 | Bölmə: Gündəm


Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.

Reyting.az APA-ya istinadən məlumat verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib.
Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib: "Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.

Sənəddə qeyd olunur ki, Bakı Bəyannaməsi Mədəni və dini müxtəlifliklərə hörmət və anlaşmanın vacibliyini qeyd edir, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlığı təbliğ edir.
Bəyannamədə sülh, təhlükəsizlik və inkişafın genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansın moderatorluğunu genişləndirəcəyi vurğulanır. Dünyanın mədəniyyət müxtəlifliyi və mədəni irsinin bütün xalqlar arasında sülh faktoru və inkişaf kimi hər kəs tərəfindən qorunmasının vacibliyi bildirilir. Mədəni irslərə qarşı davamlı və geniş miqyasda qanunsuz aktların baş verməsi ilə bağlı narahatlıq ifadə olunur. Sülh və təhlükəsizliyin, insan haqlarının və dayanıqlı inkişafın təbliğ olunması üçün mədəni irsə hörmətin vacibliyi vurğulanır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət sahəsində əməkdaşlığın vacibliyi qeyd olunur. "2030-Dayanıqlı İnkişaf Gündəliyi"nin qəbulu alqışlanır.
Günahsız insanların ölümünə, dağıntılara və insanların qaçqın düşməsinə səbəb olan, dünyanın müxtəlif yerlərində qeyri-tolerantlıq, zorakı ekstremizm, zorakılıq və terrorizm aktlarından narahatlıq ifadə olunur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}