Baş nazir elektrik enerjisindən istifadə qaydalarını dəyişib - Qərar
Tarix: 21-10-2018 14:23 | Bölmə: Gündəm
Baş nazir elektrik enerjisindən istifadə qaydalarını dəyişib

Baş nazir Novruz Məmmədov "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklərlə bağlı qərar imzalayıb.

Reyting.az
Nazirlər Kabinetinə istinadən bildirir ki, "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə aşağıdakı dəyişiklik olub:

3.2-ci bəndin ikinci cümləsində "layihə və tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini” sözləri "bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilib;

Bundan başqa qaydalara aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilib:

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:

- enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

- Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

- elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

- kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

- transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

- elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

- elektrik sayğacının quraşdırılması aktı”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}