Gürcüstanda güclü partlayış: Çox sayda yaralı var - Foto
Tarix: 21-10-2018 17:37 | Bölmə: Gündəm
Gürcüstanda güclü partlayış: Çox sayda yaralı var

Rustavidəki partlayışda yaralanların sayı 12-yə çatıb.

Reyting.az bildirir ki, bu barədə Gürcüstanın fövqəladı vəziyyətlərin idarə olunması üzrə xidmətdən məlumat verilib.

Güclü partlayış oktyabrın 21-də gündüz Rustavinin 19-cu mikrorayonundakı çoxmənzilli yaşayış evinin həyətində baş verib.

İlkin məlumata görə, avtomobil dayancağının sökülməsi zamanı kislorod balonu partlayıb.

Gürcüstanda güclü partlayış: Çox sayda yaralı var

“Xəsarət alanlar Rustavinin iki xəstəxanasına çatdırılıb. Onlardan 9-u “Rustavi” klinikasında, 3-ü Rustavi mərkəzi xəstəxanasındadır. Ölənlər barədə informasiya daxil olmayıb”, - fövqəladı vəziyyətlərin idarə olunması üzrə xidmətinin regional şəbəsi rəhbərinin müavini David Qulaşvili bildirib.

KİV-lərdəki məlumata görə, yaralananların minimum 5-i yetkinlik yaşına çatmayanlardır. Yeddi yaşlı oğlan daha çox xəsarət alıb.

İctimai Televiziya onun Tbilisidəki İaşvili adına mərkəzi uşaq klinikasına aparıldığı haqda məlumat yayıb.

Partlayış zamanı birneçə avtomobilə də ziyan dəyib, qonşuluqdakı 3 evin pəncərələri qırılıb. Orada yaşayanların bir hissəsi evaukasiya olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər