Tramp-Əliyev görüşü artıq təsdiqlənib
Tarix: 23-10-2018 10:45 | Bölmə: Gündəm
Tramp-Əliyev görüşü artıq təsdiqlənib

"Azərbaycan prezidenti İlham Əliyev tezliklə amerikalı həmkarı Donald Trampla görüşəcək".

Bu barədə erməni politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz regionuna səfərinə dair ilk məlumatı yayan Suren Sarkisyan bildirib. Onun sözlərinə görə, Əliyevlə Trampın görüşü praktiki olaraq razılaşdırılıb.

"Azərbaycanda prezident Əliyevin Vaşinqtona səfərini hazırlayırlar, həm də mümkün qədər tez. Görünən odur ki, Tramp-Əliyev görüşü artıq təsdiqlənib. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir”, – Sarkisyan "Facebook” səhifəsində yazıb.

Həmçinin qeyd olunub ki, Boltonun Bakı səfərində Əliyev-Tramp görüşünün təşkili məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, hazırda Rusiyada olan Con Bolton sabah Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana səfər edəcək/azvision.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}