Prezident 5 nəfəri təltif edib - Siyahı
Tarix: 05-11-2018 17:47 | Bölmə: Gündəm
Prezident 5 nəfəri təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu.

Dövlət başçımızın digər sərəncamı ilə Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Araslı Nüşabə Həmid qızı

Məmməd Tahirə Qəşəm qızı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}