Prezident Təzəpir məscidinin ətrafında görülən işlərin icra vəziyyəti ilə tanış olub - Fotolar
Tarix: 15-11-2018 11:41 | Bölmə: Gündəm
Prezident Təzəpir məscidinin ətrafında görülən işlərin icra vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

Reyting.az bildirir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyevin 2016-cı ilin avqustunda imzaladığı müvafiq sərəncamlarla ayrılan vəsaitlər hesabına Yasamal rayonunda yerləşən Füzuli meydanı ətrafındakı ərazidə yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin görülməsi, habelə Təzəpir məscidinin ətrafındakı ərazinin abadlaşdırılması, buranın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ziyarətə gələnlərə avtomobillərini saxlamaları üçün imkan yaratmaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yasamal rayon İcra Hakimiyyəti həmin ərazidə iri həcmli layihələrin icrasına başlayıb.

Prezident Təzəpir məscidinin ətrafında görülən işlərin icra vəziyyəti ilə tanış olub

İlkin mərhələdə Statistika dairəsi-Nərimanov heykəli-Füzuli meydanını əhatə edən 26 hektar ərazidə tıxacların aradan qaldırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. O cümlədən Füzuli meydanını Nərimanov prospekti ilə birləşdirən yeni prospekt salınıb, yeni yol qovşaqları tikilib və mövcud küçələr genişləndirilib.

Prezident Təzəpir məscidinin ətrafında görülən işlərin icra vəziyyəti ilə tanış olub

Növbəti mərhələdə isə Təzəpir məscidinin qarşısında xüsusi bağın salınması, Füzuli küçəsi boyunca Mərkəzi Parkın Nəriman Nərimanov prospektinədək davam etdirilməsi, əhali üçün istirahət-əyləncə guşələrinin yaradılması nəzərdə tutulur. Bununla da Bakı şəhərində yaşıllıq zonalarının artırılması və şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılmış olacaq.

Aparılan işlərin gedişi ilə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}