12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Prezident Sumqayıt şəhərinə gedib - Fotolar
Tarix: 16-11-2018 13:50 | Bölmə: Gündəm
Prezident Sumqayıt şəhərinə gedib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə gedib.

Reyting.az bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Prezident Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

Prezident Sumqayıt şəhərinə gedib

Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçümcü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verib.

Prezident Sumqayıt şəhərinə gedib

Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.

Əlvan metallar və ferroərintilər zavodunda isə ildə 25 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. İnvestisiya dəyəri 25 milyon dollar olan zavodda 125 nəfər işlə təmin olunacaq.

Prezident Sumqayıt şəhərinə gedib

Azərbaycan prezidenti İlham Əliyev müəssisəni işə salıb.

Prezident Sumqayıt şəhərinə gedib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

Prezident Sumqayıt şəhərinə gedib

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir dövlət başçısına məlumat verib ki, zavodda 3 formatda - ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Prezident Sumqayıt şəhərinə gedib

Dövlətimizin başçısı müəssisəni işə salıb.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər