İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanatla çıxış ediblər - Foto
Tarix: 19-11-2018 17:20 | Bölmə: Gündəm
İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanatla çıxış ediblər

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Reyting.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko hərbi texnika və hava hücumundan müdafiə sisteminin tədarükü barədə də memorandum imzalayıblar.

“Qısa müddət ərzində bu razılaşma Belarusdan yeni hərbi texnika partiyasının alınması barədə müqaviləyə çevriləcək. Azərbaycan Belarusla bu sahədə münasibətlərdən çox razıdır. Çünki Belarus silahı çox effektiv və keyfiyyətliidir”, - deyə prezident İlham Əliyev vurğulayıb.

İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanatla çıxış ediblər

İlham Əliyev belaruslu həmkarına Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyinə görə də təşəkkür edib.

İki ölkə liderinin imzaladığı birgə bəyanatda Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları və sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü çərçivəsində həllinə çağırış edilib.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}