14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - Foto
Tarix: 20-11-2018 12:38 | Bölmə: Gündəm
Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Prezident İlham Əliyev noyabrın 20-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az bildirir ki, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident bildirib ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilən hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib.

Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd edib ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edilib.

Sonda Yaşar Güler dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}