Prezident nazirliyin səlahiyyətini artırdı - Fərman
Tarix: 28-11-2018 18:11 | Bölmə: Gündəm
Prezident nazirliyin səlahiyyətini artırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

Əsasnaməyə əsasən, nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ olub. Dəyişikliyə əsasən, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məhkəmyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, bu hüquq artıq ETSN-nin təmizlik qurğuları quraşdırmayan şadlıq sarayları və restoranların fəaliyyətini dayandırmaq və qadağan etmək barədə birbaşa qərar qəbul etməyə imkan verəcək. İndiyə qədər nazirlik bununla bağlı məhkəməyə müraciət edirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}