11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Prezident Türkiyənin və İranın nazirlərini qəbul edib - Foto
Tarix: 04-12-2018 16:25 | Bölmə: Gündəm
Prezident Türkiyənin və İranın nazirlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az-ın xəbərinə görə, dövlət başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirib.

Prezident Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahələrində uğurla inkişaf etdiyini deyib. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlət başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq ötən il istifadəyə verilən Bakı-Tbilis-Qars dəmir yolu xəttinin təkcə regionda deyil, daha geniş məkanda böyük önəm daşıdığını vurğulayıb. Dövlət başçısı ölkələrimizin rabitə sahəsində də birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini deyib və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

***

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 4-də İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Prezident Türkiyənin və İranın nazirlərini qəbul edib

Dövlət başçısı Məhəmməd Cavad Azəri Cəhrominin XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirib.

Sərginin ənənəvi olaraq keçirildiyini deyən prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğulayıb. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlət başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu qeyd edib. Dövlət başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını deyib.

Məhəmməd Cavad Azəri Cəhromi iki ölkə arasında İKT sahəsində yaxşı əməkdaşlıq həyata keçirildiyini bildirib. O, əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələrin aparıldığını deyib. O, keçən il Azərbaycan prezidenti ilə görüşdən ötən dövrdə əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}