Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 12-12-2018 10:33 | Bölmə: Gündəm
Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Reyting.az bildirir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}