16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Dövlət agentiliyinin səlahiyyəti artırıldı - Qərar
Tarix: 20-12-2018 11:47 | Bölmə: Gündəm
Dövlət agentiliyinin səlahiyyəti artırıldı

Baş nazir Novruz Məmmədov Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında qərarın icrası ilə bağlı bəzi qaydaları təsdiqləyib.


Müvafiq qərara əsasən, "Mikroorqanizm və parazitar xəstəliklərin törədici ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nın 2.7-ci bəndində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri "Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilib.

"Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə "Müəllif hüquqları Agentliyi” sözləri "Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilib.

"Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nda da müvafiq dəyişikliklər edilib.

Dəyişikliklər "Girov müqaviləsinin qeydiyyatı”, "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması", "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması”, "Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi”, "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılması" qaydalarına da şamil olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}