İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib
Tarix: 22-12-2018 10:02 | Bölmə: Gündəm
İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanununu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 451,4 min manat məbləğində təsdiq edilib.

İşsizlikdən sığorta fondunun gələn il üzrə gəlirlərinin 83 421,4 min manatı işsizlikdən sığorta haqları, qalan hissəsi sair gəlirlər hesabına formalaşacaq.

İşsizlikdən sığorta üzrə sığorta haqlarının 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlar, 13 060,7 min manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, 57 300,0 min manatı qeyri-büdcə sektoru üzrə nəzərdə tutulub.

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin 11 mln. manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,8 mln. manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 1,3 mln. manatı peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, 150 000 manatı əmək yarmarkalarının, əmək birjalarının təşkilinə, 1,9 mln. manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 42 041,4 min manatı özünəməşğuılluq tədbirlərinin təşkilinə, 5 mln. manatı Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə, 1 mln. manatı peşə standarlarının hazırlanmasına, 19,260 mln. manatı Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərclərinə yönəldiləcək.

Qanuna əsasən ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Qqeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}