12:56 / 28-03-2024
Daha bir bankın əmlakları təkrar hərraca çıxarılır
12:55 / 28-03-2024
Quranı yandıran şəxs İsveçdən çıxarılıb
12:43 / 28-03-2024
Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”
12:41 / 28-03-2024
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
12:21 / 28-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:13 / 28-03-2024
Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır
12:07 / 28-03-2024
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:04 / 28-03-2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edilib - Yeni təyinat
11:59 / 28-03-2024
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
11:34 / 28-03-2024
Sərhədlərin delimitasiyası: Bakı tələsdirir, İrəvan vaxtı uzadır
11:10 / 28-03-2024
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verib
11:00 / 28-03-2024
Magistraturaya qəbul üçün qeydiyyat başlayıb
10:54 / 28-03-2024
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
10:37 / 28-03-2024
PKK tərəfdarları Fransada hava limanını dağıdıb
10:29 / 28-03-2024
Lənkərandakı qəzada bir ailənin iki üzvü ölüb - Fotolar
10:25 / 28-03-2024
Xankəndidə silah-sursat aşkarlanıb
10:10 / 28-03-2024
Xarkov və Zaporojyeyə hücum olub
10:04 / 28-03-2024
Terrorda ittiham olunan qardaşların kiçiyi dindirilir
09:56 / 28-03-2024
Əli Nağıyev: "İtkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq"
09:44 / 28-03-2024
Baltikyanı ölkələrdə rusofobiya təhlükəli həddə çatıb
09:39 / 28-03-2024
Yer güclü geomaqnit qasırğasına məruz qalıb
09:32 / 28-03-2024
Qurani-Kərimi təhqir edən siyasətçi saxlanılıb
09:28 / 28-03-2024
Uşaq bağçalarında müdir olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
09:25 / 28-03-2024
ABŞ husilərə zərbələr endirib
09:20 / 28-03-2024
Ağ ev Karakasa ismarış göndərib
09:17 / 28-03-2024
BMT-nin sammitində vacib qərarlar veriləcək
09:10 / 28-03-2024
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşıb
09:07 / 28-03-2024
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb
00:44 / 28-03-2024
ABŞ Danimarkanın əvəzinə qərar verib
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:29 / 24-03-2024
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
01:09 / 24-03-2024
Bağanis-Ayrım soyqırımından 34 il ötür
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:38 / 23-03-2024
Slovakiyada prezident seçkiləri keçirilir
23:46 / 23-03-2024
Blinkendən Netanyahuya Rəfahla bağlı xəbərdarlıq
23:28 / 23-03-2024
Xavyer Miley İlham Əliyevə təbrik məktubu göndərib
00:07 / 24-03-2024
Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
15:13 / 23-03-2024
AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər bəlli olub
Prezident və xanımı köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışını ediblər - Foto
Tarix: 24-12-2018 14:26 | Bölmə: Gündəm
Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Dövlətimizin başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, buradakı mənzillərdən 77-i birotaqlı, 420-sı ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayon ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.
Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 140 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.
Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.
Dövlətimizin başçısı yeni şəhərciyin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etdi.
Məcburi köçkünlər adından çıxış edən Milli Qəhrəman atası Nəriman Həmidov və Aqil Quliyev yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sakinlərin minnətdarlıqlarını çatdırdılar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:00
Magistraturaya qəbul üçün qeydiyyat başlayıb
Bu gün, 09:07
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb
Dünən, 12:11
Şahin Mustafayev Rusiya səfirliyində olub
25-03-2024, 10:50
Xankəndidə yenə silah-sursat aşkarlanıb
24-03-2024, 17:17
Prezident İlham Əliyev Putinə zəng edib
24-03-2024, 01:09
Bağanis-Ayrım soyqırımından 34 il ötür
23-03-2024, 23:28
Xavyer Miley İlham Əliyevə təbrik məktubu göndərib
23-03-2024, 10:51
Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
23-03-2024, 09:55
"Krokus Siti Hall”da ölən Azərbaycan vətəndaşları var? - Açıqlama
23-03-2024, 00:28
İlham Əliyev: “Rusiyadakı terror aktını şiddətlə qınayırıq”
22-03-2024, 23:45
Azərbaycan Moskvadakı dəhşətli hücumu pisləyir
22-03-2024, 21:02
Sahibə Qafarova İsveçrədə işgüzar səfərdədir - Yenilənib
22-03-2024, 18:14
Cevdet Yılmaz Mehriban Əliyevaya məktub göndərib
22-03-2024, 10:58
Xankəndidə yenə silah-sursat tapılıb
21-03-2024, 10:37
Xankəndidə yenə silah-sursat aşkarlanıb
20-03-2024, 10:26
Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib
19-03-2024, 14:20
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
18-03-2024, 18:02
Nazirlər Kabineti Təhlil Mərkəzinin işçilərinin sayı barədə qərar verib
18-03-2024, 15:57
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
18-03-2024, 15:38
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18-03-2024, 13:56
Zakir Həsənov NATO-nun Baş katibi ilə regional təhlükəsizliyi müzakirə edib - Video - Fotolar
18-03-2024, 13:42
İlham Əliyev Vladimir Putinə zəng edib - Yenilənib
18-03-2024, 13:28
NATO-nun Baş katibinin Azərbaycana səfəri başa çatıb - Foto
18-03-2024, 12:35
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Fotolar (Yenilənib)
18-03-2024, 10:26
DİM: "Buraxılış imtahanının nəticələri 4 həftə ərzində elan olunacaq"
18-03-2024, 09:52
Əli Əsədov sərnişindaşıma ilə bağlı yeni qərar imzalayıb
17-03-2024, 22:58
İlham Əliyevlə NATO Baş katibi Bakıda görüşüb - Birgə bəyanat (Yenilənib) - Fotolar
17-03-2024, 21:52
Azərbaycan və Ermənistanın davamlı sülh əldə etmək imkanı var
17-03-2024, 21:47
Stoltenberq: «COP-29 dönüş nöqtəsi olacaq”
17-03-2024, 16:40
46 mindən çox şagird buraxılış imtahanı verib
16-03-2024, 18:55
Əli Əsədov Nobel sülh mükafatı laureatı ilə görüşüb
16-03-2024, 18:01
Xl Qlobal Bakı Forumu başa çatıb - (Yenilənib)
16-03-2024, 17:19
İlham Əliyevlə Gürcüstanın baş naziri görüşüb - Birgə bəyanat verilib (Fotolar) - Yenilənib
16-03-2024, 14:11
Bayden İlham Əliyevə məktub göndərib
16-03-2024, 13:52
Qəbul üçün 110 mindən çox abituriyent ərizəsini təsdiqləyib
16-03-2024, 13:12
Azərbaycana müasir təcili tibbi yardım avtomobilləri gətirilib - Fotolar
16-03-2024, 12:52
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib - Foto
15-03-2024, 16:11
Prezident İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib - Yenilənib
15-03-2024, 12:42
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul edib - Yenilənib
15-03-2024, 10:36
İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
14-03-2024, 16:40
XI Qlobal Bakı Forumu işə başlayıb - İlham Əliyev tədbirdə çıxış edib (Tam mətn) - Fotolar (Yenilənib)
14-03-2024, 16:05
Əli Əsədov Albaniya prezidenti ilə görüşüb
14-03-2024, 13:50
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - Yenilənib
14-03-2024, 13:26
Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib - Fotolar (Yenilənib)
13-03-2024, 20:38
Prezident İlham Əliyev ÜST-nin Baş direktorunu qəbul edib - Yenilənib
13-03-2024, 19:59
Prezident İlham Əliyev BMT ali nümayəndəsini qəbul edib - Yenilənib