Prezidentlər İlham Əliyevi təbrik ediblər
Tarix: 24-12-2018 15:25 | Bölmə: Gündəm
Prezidentlər İlham Əliyevi təbrik ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibəti ilə müxtəlif dövlətlərin başçılarından təbriklər qəbul edir.

İlham Əliyevə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin də telefonla zəng ediblər.

Reyting.az xəbər verir ki, hər iki dövlətin başçısı İ. Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıblar.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə onlara minnətdarlığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}