Hərbi xidmətə çağırış başladı
Tarix: 01-01-2019 11:36 | Bölmə: Gündəm
Hərbi xidmətə çağırış başladı

Yanvarın 1-dən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Ölkə başçısının sərəncamına əsasən, həqiqi hərbi xidmətə çağırış yanvarın 30-dək davam edəcək.

Sərəncamla 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}