17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident Milli Məclisə yeni layihə göndərib - Deputat
Tarix: 08-02-2019 12:49 | Bölmə: Gündəm
Prezident Milli Məclisə yeni layihə göndərib

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə daxil olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

“Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Ancaq bu müddət yenidən 1 il müddətinə uzadılacaq”.

V. Əhmədov qeyd edib ki, sənəd gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif etmişdi.

“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, - deyə deputat bildirmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}