16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İnformasiya təhlükəsizliyi ilə bağlı əsasnamə təsdiqləndi - Fərman
Tarix: 21-02-2019 15:46 | Bölmə: Gündəm
İnformasiya təhlükəsizliyi ilə bağlı əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

***

Qeyd edək ki, Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam da imzalayıb.

Sərəncama əsasən aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}