17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib
Tarix: 26-02-2019 10:46 | Bölmə: Gündəm
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib

Bakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşü keçirilib.

Reyting.az xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edib.

Yürüşdə prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri, hökumət və dövlət rəsmiləri, deputatlar, ziyalılar iştirak ediblər.

Yürüş "Ana harayı" abidəsinin önündə başa çatıb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}