İlham Əliyev: "Azərbaycan tərəfi həmsədrlərin son bəyanatını müsbət qarşılayır"
Tarix: 12-03-2019 14:38 | Bölmə: Gündəm
İlham Əliyev: "Azərbaycan tərəfi həmsədrlərin son bəyanatını müsbət qarşılayır"

"Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".

Reyting.az xəbər veerir ki, bunu prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edən zaman deyib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}