Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır - Bəyanat
Tarix: 17-03-2019 21:45 | Bölmə: Gündəm
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır

Avropa İttifaqı Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri, bloqqer və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir:

“Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı, eyni zamanda bu əlaqələrdə mühüm element sayılan insan haqları sahəsində münasibətləri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə davam edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}