17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident və birinci xanım Novruz şənliyində iştirak ediblər - Foto
Tarix: 19-03-2019 12:43 | Bölmə: Gündəm
Prezident və birinci xanım Novruz şənliyində iştirak ediblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Novruz şənliyində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz” yarmarkası ilə tanış olublar.

Bayram şənliyi davam edir.

Prezident və birinci xanım Novruz şənliyində iştirak ediblər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}