İlham Əliyev komitəyə vəsait ayırıb - Sərəncam
Tarix: 04-04-2019 17:36 | Bölmə: Gündəm
İlham Əliyev komitəyə vəsait ayırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}