Prezident icra başçılarını vəzifədən kənarlaşdırdı - Təyinatlar
Tarix: 05-04-2019 14:47 | Bölmə: Gündəm
Prezident icra başçılarını vəzifədən kənarlaşdırdı

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə rayonun icra başçısı ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı da sərəncam imzalayıb.

Dirgər sərəncamla Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, bu vəzifəyə Nizaməddin Məhəmməd oğlu Quliyev təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}