Müharibə veteranlarına Prezident təqaüdü veriləcək - Sərəncam
Tarix: 15-04-2019 17:54 | Bölmə: Gündəm
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək

Prezident İlham Əliyev “Müharibə veteranlarına Prezident təqaüdü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il fevralın 25-dəki 992 nömrəli sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1.“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki:

2.1. bu fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

2.1.2. dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

2.2. bu fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Prezidentin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Prezident təqaüdünü almaq hüququ olan şəxslərə Prezidentin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

3. Nazirlər Kabineti:

3.1. Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etsin;

3.2. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Prezidentə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Prezidentə məlumat versin;

3.4. bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

5. Bu fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}