Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı - Fotolar
Tarix: 14-07-2016 13:25 | Bölmə: Gündəm


Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.

APA-nın xəbərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyevvə Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovhavanəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.

İki ölkənin müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidentiPyotr PoroşenkoPrezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar. 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}