Səfirlik və diplomatik korpuslarda dəyişiklik oldu – Sərəncam
Tarix: 28-01-2016 11:28 | Bölmə: Gündəm / Xəbərlər

 

Prezident İlham Əliyev bır sıra ölkələr və təşkilatlardakıdiplomatlarımız haqda bir neçə sərəncam imzalayıb.

Həmin sərəncamlardan biri Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin təyin edilməsi ilə bağlıdır.

Sərəncama əsasən,Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

***

Prezidentİlham Əliyev Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən,Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən,Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezidentin daha bir sərəncamı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqındadır.

Sərəncama əsasən, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}