16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev Türkiyəyə gedib
Tarix: 09-10-2016 16:38 | Bölmə: Gündəm

 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Reyting.az saytı "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində dünya enerji sammiti öz işinə başlayacaq.

Dünyanın 80 ölkəsindən 50 ölkə başçısının, 54 baş nazirin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və "Türk axını" kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}