16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Bizdə radikallar üçün iqtisadi və sosial baza mövcud deyil" – İlham Əliyev
Tarix: 18-10-2016 12:13 | Bölmə: Gündəm


"Azərbaycan əhalisi özünün dini, milli, mənəvi köklərinə bağlıdır, eyni zamanda dünyəvi cəmiyyətdir. Ona görə də bizdə radikallar üçün nə iqtisadi, nə sosial baza mövcud deyil".

Bunu prezident İlham Əliyev Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

Prezidentin sözlərin görə, Azərbaycan cəmiyyəti milli ideya ətrafında sıx birləşdiyinə görə ölkə üçün radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan üçün radikalizmlə mübarizə planında əsas vəzifə özünü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır: "Azərbaycan vətəndaşları hər gün qaynar nöqtələrdə nə baş verdiyini görür, Avropda, Yaxın Şərqdə, MDB məkanında. Bu da Azərbaycan cəmiyyətini bir daha birləşdirir. Bu, radikalizmdən ən güclü peyvənddir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}