16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vergi Məcəlləsində dəyişiklik edilib - Sərəncam
Tarix: 22-10-2016 11:09 | Bölmə: Gündəm


Prezident İham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlamlı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli, bu qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

 

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}