11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Zakir Həsənov: “Ermənistan cəbhədə vəziyyəti gərginləşdirmək istəyir” - Foto
Tarix: 26-10-2016 14:27 | Bölmə: Gündəm


Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 26-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Reyting.az saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıqdır Ermənistanın işğalı altında olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, bu işğal nəticəsində bir milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb, qarşı tərəf isə cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkmir.

Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır.

H.Salber də öz növbəsində bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}