07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezidentlər forum iştirakçılarına müraciət edib
Tarix: 01-11-2016 12:06 | Bölmə: Gündəm


Noyabrın 1-də Bakıda, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.

Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Məktubda deyilir ki, forum hər iki ölkə üçün əhəmiyyətli sahələri əhatə edir. Həmçinin, forumun konstruktiv təşəbbüslər yaratdığı, əlaqələri dərinləşdirməyə imkan verdiyi qeyd edilib.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə "dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}