Prokurorluq öz işçisinin dəyəri milyonu aşan avtomobil kolleksiyasına reaksiya verdi
Tarix: 04-02-2016 14:26 | Bölmə: Gündəm


"Vüsal Kazımov haqda yayılan xəbərlərlə bağlı rəsmi açıqlama veriləcək".

Bunu Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Səbayıl Rayon Prokurorluğunda işləyən Vüsal Kazımovun fotoları yayılan maşın kolleksiyası haqda danışarkən deyib.

Qeyd edək ki, "Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi Xaqani Kazımovun oğlu, Səbail Rayon Prokurorluğunda işləyən V.Kazımovun qiyməti milyonlarla ölçülən maşın kolleksiyasının fotoları yayımlanıb. Bahalı kolleksiyada Dubay şəhərinin seriya nömrəsi olan avtomobil də var. V.Kazımovun 2012-ci il sentyabrın 27-də Dubayda olduğunu təsdiqləyən vizasının şəkli də yayılıb.

Avtomobil kolleksiyasında diqqət çəkən nüans bütün maşınların seriyasının "EF” hərfləri ilə başlamasıdır. V.Kazımovun Dubay nömrə nişanlı avtomobilində də "F” seriyası var.

Onun maşın həvəskarı olduğu və kolleksiyasını hər il yenilədiyi qeyd olunur(Axar.az).

Onu da xatırladaq ki, dünən ölkənin bir sıra saytlarında yayılan məlumatlarda o da bildirilirdi ki, "Azəryolservis" ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu Vüsal Kazımovvə atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.

Qeyd edilib ki, əslən Kəlbəcərdən olan X.Kazımov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır: "C.Qurbanov "Azəryolservis"-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir.

C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edib...".

 










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}