İlham Əliyev sazişi təsdiqləyib - Fərman
Tarix: 31-12-2016 16:09 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişinin təsdiqi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi təsdiq edilib.

Azərbaycan İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir.

 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}