İlham Əliyev İsveçrədə danışıqlar aparır - Foto
Tarix: 18-01-2017 12:04 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edərək, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}