İlham Əliyev Binəli Yıldırımla görüşüb
Tarix: 18-02-2017 16:25 | Bölmə: Gündəm

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binali Yıldırımın görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Baş nazir Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Məlumata görə, fevralın 17-də Almaniyada Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Konfransda müxtəlif ölkələrdən siyasətçilər, biznes strukturlarının nümayəndələri, elm adamları iştirak edirlər. Tədbirdə təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlər müzakirə olunur.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-dan xanımı Mehriban Əliyeva ilə birgə Almaniya Federativ Respublikasındadır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}