14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev dövlət qurumlarına əlavə səlahiyyətlər verib – Sərəncam+Fərman
Tarix: 06-04-2017 12:33 | Bölmə: Gündəm


Prezident İlham Əliyev "Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış "Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilsinlər.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Bu sərəncamla yanaşı prezident İlham Əliyev "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa da dəyişiklik edib.

Bununla bağlı fərmana əsasən, "Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 734; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilib:

1. 1.1-ci və 1.3-cü bəndlərdə "öz səlahiyyətləri daxilində” sözləri ", əsasnamələrinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin.

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.4. həmin Qanunun 1.5-ci (birinci halda), 5.1-ci, 5.2-ci, 9.4-cü və 12.1.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

3. Aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

"1.5. həmin Qanunun 1.5-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}