16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dövlət və hökumət nümayəndələri Fəxri xiyabana gəliblər
Tarix: 10-05-2017 10:59 | Bölmə: Gündəm


Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. Prezident İlham Əliyev məzar önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

Daha sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları da iştirak ediblər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}