17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Komitə rəhbəri, məhkəmə sədri təltif edildilər - Sərəncamlar
Tarix: 25-05-2017 18:29 | Bölmə: Gündəm


Azərbaycan prezidenti İlham Əliyev Aydın Əliyevin "Şöhrət” ordeni ilətəltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət” ordeni ilə təltif edilsin.

Azərbaycan prezidentinin digər sərəncamı ilə Abbasəli Novruzov da "Şöhrət” ordeni ilə təltif edilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilsin.

Azərbaycan prezidenti İlham Əliyev Mahmud Yusif oğlu Nəbiyevi isə "Əməkdar hüquqşünas” fəxri adı ilə təltif edib.

M.Nəbiyevə Azərbaycan prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri ad verilib.

Xatırladaq ki, M.Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}