Mehriban Əliyeva yeni şəhərciyin təməlini qoyub
Tarix: 30-05-2017 14:04 | Bölmə: Gündəm


Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezidenti kompleksin təməlini qoyub və mərasimdə çıxış edib.

Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}