14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev generallarla bağlı sərəncam imzalayıb - Təyinat
Tarix: 05-06-2017 14:56 | Bölmə: Gündəm


Prezident İlham Əliyev E.İ.Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

"Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilsin".

Prezident, eyni zamanda Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısının təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara verilib:

1. "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” təsdiq edilsin.

2. "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısi”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 avqust tarixli 1356 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin".

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}