07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İlham Əliyev polşalı həmkarı ilə görüşüb - Fotolar
Tarix: 27-06-2017 18:24 | Bölmə: Gündəm


İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}