13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Milli Məclis məhkəmə hakimlərinin namizədliyini təsdiqləyib - Siyahı
Tarix: 30-06-2017 12:36 | Bölmə: Gündəm


Milli Məclisin bu gün keçirilən iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb.

Azərbaycan prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Milli Məclis sədrinin birinci müavini, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət Əsgərov çıxış edərək ölkədə məhkəmə sistemində aparılan islahatlardan danışıb.

Sənədə görə, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizadənin Ali Məhkəmə hakimliyinə namizədliyi irəli sürülüb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın vəzifəsindən azad edilərək iyulun 28-dən etibarən Ali Məhkəməyə hakim təyin edilməsi təklif olunub.

Kəpəz rayon Məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev vəTovuz rayon Məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.

Məsələ səsə qoyularaq qəbul olunub.

 




268 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər