17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb - Foto
Tarix: 19-07-2017 11:39 | Bölmə: Gündəm


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub.

Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib.

Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda Sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd edilib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr də aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.

Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək qiymətləndirilib.

Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib, komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulanıb. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.

TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi də məmnunluqla qeyd olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}